"Valensiya" Misir təmsilçisi "Əl-Əhli"nin yarımmüdafiəçisi Alya Dyenq ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Tərəflər müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan sənədə imza atıblar. Bu, 28 yaşlı yarımmüdafiəçinin Avropadakı ilk təcrübəsi olacaq.

 

Dyenq 2019-cu ildən "Əl-Əhli"də oynayır. O, ötən mövsüm Misir klubunda bütün turnirlərdə 36 oyun keçirib və 1 qol vurub.

 

Qeyd edək ki, Alya Dyenq Mali millisinin də formasını geyinir. Futbolçu yığmanın heyətində 48 oyunda meydana çıxıb və 2 qol vurub.