İngiltərənin "Mançester Siti" klubu qapıçı transferi üzərində işləyir. Sport24.az xəbər verir ki, "ESPN"in məlumatına görə, "şəhərlilər" Fransanın "Marsel" klubunun qapıçısı Xeronimo Rullini heyətinə qatmaq istəyir.

 

Bu transferin Ceyms Traffordun təxminən 40 milyon funt sterlinq qarşılığında "Lids Yunayted"ə keçidindən sonra reallaşacağı bildirilir. "Siti" rəhbərliyi argentinalı qolkiperi Traffordun əvəzləyicisi kimi müəyyənləşdirib.

 

34 yaşlı Rulli transferi baş tutacağı halda komandanın əsas qapıçısı Canluici Donnarumma ilə rəqabət aparacaq. Təcrübəli qolkiper daha əvvəl "Vilyarreal" və "Ayaks"da da çıxış edib. O, Argentina millisinin heyətində 8 oyun keçirib və 2026-cı il dünya çempionatının finalına yüksələn komandanın üzvlərindən biri olub.