"APL Fantasy" proqramının təqdimatı baş tutdu. Sport24.az xəbər verir ki, "Radisson" otelində keçirilən tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış etdi:

 

"Premyer Liqanın daha cəlbedici olması üçün "APL Fantasy" tətbiqini istifadəyə veririk. Yeni məhsul azarkeşlər tərəfindən də çoxdan gözlənilirdi. Bu, liqamıza əlavə maraq qatacaq. İngiltərədə dünya üzrə 22-24 faiz azarkeş cəlb edib. Hesab edirik ki, Azərbaycanda da böyük maraq doğuracaq. Tək Azərbaycandan İngiltərə Premyer Liqasının tətbiqi üçün 15 mindən çox adam qeydiyyatdan keçib. Bu layihənin böyük diqqət çəkəcəyini düşünürəm. Əsas məqsədimiz yeni azarkeşləri cəlb etməkdir. Buna görə bu gün vacib gündür".