Misli Premyer Liqası üçün "APL Fantasy" tətbiqinin təqdimatı keçirildi. Sport24.az xəbər verir ki, "Radisson" otelində baş tutan tədbirə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev texniki direktor Elgiz Abbasov və digər rəsmi şəxslər qatıldı.


Tədbirdə əvvəlcə Cahangir Fərəcullayev çıxış etdi. Funksioner layihənin faydalarından söz açdı, iştirakçılara uğurlar arzuladı. Daha sonra PFL-in texniki direktoru Elgiz Abbasov layihə haqqında məlumat verdi. Tətbiqin qurucusu Ziya Əsgərov isə istifadə qaydalarından söz açdı.