Bakı Güləş Məktəbinə 2026/2027-ci tədris ili üzrə qəbulun ikinci mərhələsi keçiriləcək. Sport24.az xəbər verir ki, seçim mərhələsində 2026-cı ilin sentyabr ayında altıncı və yeddinci sinifdə təhsil alacaq şagirdlər iştirak edə bilərlər.

 

Qəbulun ikinci mərhələsi iyulun 3-də saat 10:00-da başlayacaq.

 

Namizədlər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 94 ünvanında keçiriləcək seçim mərhələsinə qatılacaqlar.

 

Qeydiyyat və ətraflı məlumat üçün +994 55 212 00 44 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.