Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə altı təmsilçisi bu gün müxtəlif çəki dərəcələrində xalça üzərinə çıxacaq.

 

65 kq çəki dərəcəsində Bəşir Verdiyev təsəlliverici görüşdə Yeraly Askerbek (Qazaxıstan) ilə, 79 kq-da Elcan İsmayılzadə isə Yasin Uzunla (Türkiyə) qarşılaşacaq.

 

Təsnifat mərhələsində 70 kq-da Hacı Kərimov Sumit Kumar Laxman Baraskar (Hindistan), 74 kq-da isə İsmayıl Rəhimli Farruxbek Jumanazarov (Özbəkistan) ilə üz-üzə gələcək.

 

1/8 finalda 97 kq çəki dərəcəsində Fərhad Süleymanlı Robert Balint Erdelyi (Macarıstan), 125 kq-da Yusif Dursunov isə Hosei Fujita (Yaponiya) ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.