Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.

 

Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

 

Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.