"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo Almaniya Bundesliqasına qayıda bilər. Sport24.az xəbər verir ki, "Bavariya" ispaniyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

 

Münhen nəhəngi 28 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün La Liqa klubuna 70 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, "Barselona" Dani Olmonu 2024-cü ilin yayında "Leyptsiq"dən 61 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.