"Barselona"nın prezidenti Xoan Laporta yayda klubun transfer siyahısında yer alan Xulian Alvaresin baş tutmayan keçidin haqda danışıb. Sport24.az xəbər verir ki, funksioner "Atletiko"nun argentinalı hücumçunu Kataloniya təmsilçisinə satmaq istəmədiyini bildirib:
"Atletiko" əsl simasını göstərdi. Onlar özlərini incidilmiş tərəf kimi apardılar. Davranışlarına heç bir bəraət qazandıra bilmirdilər. Biz edilməli olanı ediləni etdik. Klublar arasında danışıqlar oldu. Mən şəxsən "Atletiko"nun baş icraçı direktoru Xil Marin ilə danışdım. O, mənə Xulianın getməyəcəyini dedi, çünki onların alternativi yox. Bundan sonra "Atletiko" qeyri-adekvat reaksiya verdi. Buna nəyin səbəb olduğunu bilmirəm. Əslində səbəbini bilirəm, lakin sübutum yoxdur.
Xəbərlər eşidirdik ki, onlar Alvaresi "Barselona"dan başqa dünyadakı bütün klublara sata bilərlər Nəticə ortadadır. Onlar əslində Xulianı bizdən başqa dünyanın istənilən klubuna satmağa hazırdılar. Bu, artıq keçmişdə qaldı. İndiki heyətimizdən çox məmnunuq".