PSJ "Ayaks"ın hücumçusu Mik Qodtsla müqavilə imzalamaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, Paris klubu artıq 21 yaşlı belçikalı futbolçu üçün danışıqlara başlayıb.
Qeyd edək ki, Qodts 2023-cü ildən "Ayaks"ın formasını geyinir. O, Amsterdam klubunda 113 oyun keçirib, 25 qol vurub və 27 məhsuldar ötürmə edib.