"Qalatasaray" hücumameylli yarımmüdafiəçi axtarışında diqqətini Rusiya bazarına yönəldib. Sport24.az xəbər verir ki, bu barədə türk insayder Səfa Kaan Öztürk sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, İstanbul klubu 21 yaşlı yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı Moskva "Lokomotiv"i ilə rəsmi danışıqlara başlayıb.
Qeyd edək ki, Batrakov ötən mövsüm "dəmiryolçular"ın heyətində bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun "Lokomotiv"lə müqaviləsi 2029-cu ilə qədərdir. "Transfermarkt" portalı Batrakovu 28 milyon avro dəyərində qiymətləndirir.