"Komo" "Çelsi"nin müdafiəçisi Trevor Çalobanı transferini bitirmək üzrədi. Sport24.az xəbər verir ki, bu abrdə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "Çelsi" bir neçə gün öncə 27 yaşlı ingilis futbolçunun "Komo"ya satışına razılaşıb. Müqavilənin dəyərinin 30 milyon avro olacağı gözlənilir.

 

Qeyd edək ki, Çaloba 2021-ci ilin iyulundan ayından "Çelsi"nin formasını geyinir. Onun London klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədərdir. Müdafiəçi 2025/26 mövsümündə meydana çıxdığı 47 matçda 3 qolla yadda qalıb.