Uqo Broos Cənubi Afrika millisinin baş məşqçisi postundan ayrılıb. Sport24.az xəbər verir ki,  bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

Belçikalı məşqçi 2021-ci ildən bəri komandaya rəhbərlik edib. O, 2022-ci ildə qısa müddətə "Bafana Bafana"dan ayrılsa da, tezliklə yenidən postuna qayıdıb. 

 

Cənubi Afrika yığması Broosun rəhbərliyi altında 2023-cü il Afrika Millətlər Kubokunda bürünc medal qazanıb və 16 illik fasilədən sonra mundialda iştirak edib. 

 

Broosun baş məşqçisi olduğu Afrika təmsilçisi tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb və 1/16 final mərhələsində Kanada ilə dramatik matçda 0:1 hesabı məğlub olaraq mübarizəni dayandırıb.