"Ayaks" Julian Brandtla müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məltmat yayıb.
Müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Brandt ötən mövsümün sonunda Dortmund "Borussiya"sından ayrıldıqdan sonra azad agent statusu daşıyırdı.
30 yaşlı yarımmüdafiəçi ötən mövsüm Almaniya klubunun heyətində bütün turnirlərdə 41 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Ayaks" daha əvvəl müdafiəçi Deyli Blindin geri döndüyünü açıqlayıb. Amsterdam təmsilçisi bu yay həmçinin "Monako"nun müdafiəçisi Kayo Enrike, "Əl-Hilal"ın hücumçusu Leonardo və "Vulverhempton"un forvardı Tolu Arokodareni heyətinə cəlb edib.