"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi cinah yarımmüdafiəçisi Ayman Bualini heyətinə qatıb.

 

26 yaşlı mərakeşli futbolçu ilə bir illik müqavilə imzalanıb.

 

Bualinin son klubu Bİrləşmiş Ərəb Əmirliklərinin "Al Dhaid" klubu olub.