"Borussiya Münhenqladbax" Çexiyanın "Slaviya" klubunun müdafiəçisi Daiki Hasiokanın transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, Almaniya təmsilçisi 27 yaşlı yaponiyalı futbolçunu 2026/27 mövsümünün sonuna qədər icarəyə götürüb.

 

Müqavilədə oyunçunun mövsümün sonunda birdəfəlik satın alınması bəndi də yer alıb.

 

"Transfermarkt" portalı müdafiəçinin keçid dəyərini 1,5 milyon avro kimi qiymətləndirir.

 

Hasioka 2025/26 mövsümündə "Slaviya"nın heyətində 14 oyuna çıxıb, həmçinin icarə əsasında çıxış etdiyi Belçikanın "Gent" klubunda 17 matçda iştirak edib.