"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderlandda davam etdirəcək. Sport24.az xəbər verir ki, "Ayaks" klubu qolkiperin transferi ilə bağlı kataloniyalılarla anlaşıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Keçidin bu həftə tamamlanacağı bildirilib.
Ştegen ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Jirona"da keçirib. Komandaya həmin vaxt hazırda "Ayaks"ı çalışdıran Miçel Sançes rəhbərlik edib.