Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv "Iğdır"la qarşılaşacaq.

 

I Liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

 

Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl Türkiyədə iki hazırlıq matçı keçirib. Komanda İranın U-21 millisi və "Fatih Karagümrük"lə 1:1 hesablı heç-heçə edib.