Minsk "Dinamo"sunun baş məşqçisi Aleksandr Şaqoyko Konfrans Liqasında "Neftçi"yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Növbəti mərhələyə yüksəldiyimizə görə şadıq. Bu, komanda üçün özünəinam baxımından böyük addımdır.
Oyuna gəlincə, ilk hissə bizim üçün fəlakətli oldu. Qol buraxdıq, rəqibin daha bir neçə şansı oldu. Ancaq fasilədən sonra toparlandıq və oyunu bərabərləşdirə bildik. "Neftçi"nin daha çox təzyiq göstərəcəyinə əmin idik. Buna görə də geri çəkilib fürsəti gözlədik. Təəssüf ki, qol vura bilmədik, amma mərhələ adladığımız üçün şadam".
"Neftçi" iki oyunun nəticəsinə görə (2:4, 1:0) Konfrans Liqasına vida edib.