Bolqarıstanın ÇSKA klubunun idman direktoru Valentin İliev Avropa Liqasında "Qarabağ"ı mübarizədən kənarlaşdırmaqlarını şərh edib. Sport24.az xəbər verir ki, funksioner ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

 

"Tək Sofiyada deyil, Bakıda da yaxşı oynadıq. Liqadakı oyunlarda da bu performansı davam etdirməliyik. Zəfərin açarı komandanın birliyi və intizamıdır. Bunlar olmazsa, nəticələr də gəlməz".

 

"Qarabağ" ÇSKA-ya penaltilər seriyasında uduzub. Azərbaycan təmsilçisi yoluna Konfrans Liqasının III təsnifat mərhələsindən davam edəcək. Burdakı rəqib isə Kiyev "Dinamo"su olacaq.