Yeni mövsümün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən "Turan Tovuz" bu gün növbəti yoxlama matçını keçirib. Sport24.az xəbər verir ki, Qurban Berdiyevin baş məşqçisi olduğu kollektiv Türkiyənin 1-ci liqasında çıxış edən "İğdır"la üz-üzə gəlib.

 

Qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qələbə qoluna Jo Batista imza atıb.

 

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində daha əvvəl İranın U-21 yığması və "Fatih Karagümrük"lə sınaq matçlarına çıxıb. Hər iki qarşılaşmada 1:1 hesabı qeydə alınıb.