İngiltərə Futbol Assosiasiyası (FA) "Çelsi"nin vingeri Mixail Mudrikin dopinq işinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) razılığı ilə həll olunduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, 2024-cü ilin oktyabrında keçirilən növbədənkənar test zamanı Mudrikin qanında aşağı konsentrasiyada meldonium maddəsi aşkarlanmışdı.

 

Dekabrda müvəqqəti olaraq futboldan uzaqlaşdırılan ukraynalı oyunçuya 2025-ci ilin mayında rəsmi ittiham irəli sürülmüş, 2026-cı ilin yanvarında isə Müstəqil Komissiya tərəfindən 4 illik diskvalifikasiya cəzası kəsilmişdi.

 

25 yaşlı futbolçunun İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi şikayətdən sonra WADA meldonium normativləri üzrə texniki standartlara dəyişiklik edib. Yenilənmiş qaydalara əsasən, Mudrikin analizində tapılan maddə miqdarı artıq qayda pozuntusu sayılmır və rəsmi hesabatlara daxil edilmir.

 

Yarımmüdafiəçinin cəza müddəti indiyə qədər çəkdiyi dövrlə məhdudlaşdırılıb. Beləliklə, diskvalifikasiya qərarı ləğv edilən Mixail Mudrik dərhal komandasına qoşulmaq və rəsmi matçlarda meydançaya çıxmaq hüququ əldə edib.