18 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandası Xorvatiyada təşkil olunan Avropa çempionatının B divizionunda növbəti görüşünə çıxıb. Sport24.az xəbər verir ki, Erhan Tökerin rəhbərlik etdiyi yığma 9–16-cı yerlər uğrunda pley-off mərhələsində Monteneqro millisi ilə üz-üzə gəlib.

 

Gərgin keçən oyun rəqibin 77:71 hesablı üstünlüyü ilə başa çatıb.

 

Basketbolçularımız bundan əvvəl yer aldıqları qrup mərhələsində Ukrayna (77:68) və Portuqaliyanı (52:50) üstələsə də, Polşa (60:70), İslandiya (56:95) və Çexiya (46:74) yığmalarına məğlub olmuşdu.