"Sabah"ın iyulun əvvəlində Gürcüstanın "İberiya" klubuna icarəyə verdiyi Andrey Santos yenidən klubunu dəyişib. Sport24.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Ukraynada davam etdirəcək.

 

Santos "Veres"ə icarəyə verilib. 21 yaşlı futbolçu 2026/27 mövsümündə Premyer Liqa təmsilçisinin formasını geyinəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb.

 

Qeyd edək ki, "Sabah" Andrey Santosu 2025-ci ilin yayında ölkəsinin "Kanaa" klubundan transfer edib. "Sambaçı" Masazır təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.