"Real" rəhbərliyi Vinisiusa ultimatum verib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Kral klubu" braziliyalı futbolçunun qarşısına qəti şərt qoyub: ya o, təklif olunan şərtlərlə müqaviləni yeniləyəcək, ya da klub onu bu yay satacaq.
"Arsenal"ın braziliyalı oyunçunu transfer etməkdə maraqlı olması ilə bağlı son epizod rəhbərliyin bu vəziyyətin sonsuza qədər davam edə bilməyəcəyinə inamını daha da gücləndirib.
Qeyd edək ki, mətbuatda Vinisiusun artıq "Arsenal" ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdığı ilə bağlı xəbərlər yayılıb.