Emers Fae Fil Dişi Sahili millisindən ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb.
Yerli federasiyanın rəhbərliyi artıq yeni baş məşqçi axtarışına çıxıb.
Qeyd edək ki, Faenin rəhbərlik etdiyi milli E qrupunda ikinci yeri tutaraq tarixində ilk dəfə dünya çemionatında pley-off mərhələsinə yüksəlib. Afrika təmsilçisi 1/8 finalda Norveçə (1:2) uduzmaqla mübarizəni dayandırıb.