Avropa nəhəngləri "Bornmut" və Braziliya millisinin 19 yaşlı oyunçusu Rayan uğrunda rəqabət aparır. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "Real", "Bavariya", PSJ, "Liverpul" və "Arsenal" oyunçu ilə maraqlanır. İstedadlı oyunçudan ayrılmaq istəməyən "Bornmut" Rayana təxminən 100 milyon avro qiymət təyin edib.

 

Qeyd edək ki, braziliyalı vinger bu ilin yanvarında "Vasko da Qama"dan "Bornmut"a  keçib. O, Premyer Liqada 15 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.