"Trabzonspor" "Liverpul"un keçmiş hücumçusu Məhəmməd Salahın nümayəndəsi ilə görüşüb və 34 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Yagiz Sabuncuoğlu "X" sosial media səhifəsində paylaşım edib.
Mənbənin sözlərinə görə, Türkiyə klubu misirli oyunçuya 17 milyon avro maaşla iki illik müqavilə təklif edib.
Daha əvvəl mediada Salahla "Beşiktaş" və Səudiyyə Ərəbistanının "Əl-Diriyyə" klublarının maraqlandığını bildirmişdi.
Qeyd edək ki, hücumçu yayda "Liverpul"dan ayrılıb. Salah Ötən mövsüm bütün yarışlarda 41 oyunda meydana çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə edib.