3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Tokio mərhələsinin ilk oyun gününün görüşlərinə yekun vurulub. Sport24.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu sonuncu qrup oyununda Niderland U-25 komandası ilə qarşılaşıb və rəqibinə 20:18 hesabı ilə qalib gəlib.
Qrupda hər iki rəqibini məğlub edən "Neftçi" lider kimi 1/4 finala vəsiqə qazanıb və Çinin "Pekin" klubuna rəqib olub.
Qeyd edək ki, təmsilçimizin 1/4 final oyunu Bakı vaxtı ilə səhər saat 07:00-da baş tutacaq.