İngiltərənin "Arsenal" klubu Vinisiusun keçidinə görə, "Real"a 135 milyon avro təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "Goal" portalı məlumat yayıb.
Mənbənin sözlərinə əsasən, transfer haqqı bonuslarla birlikdə 145 milyon avroya qədər arta bilər. Vinisius özü karyerasını "Arsenal"da davam etdirmək istəyir. Hücumçu İspaniya nəhəngi ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaq təklifini rədd edib.
Qeyd edək ki, 26 yaşlı Vinisius 2018-ci ildən "Real"ın formasını geyinir. O, "Kral klubu"nun heyətində 375 oyun keçirib, 128 qol vurub və 100 məhsuldar ötürmə edib.