Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" MLS-də növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda səfərdə "İnter Mayami" ilə qarşılaşıb.

 

4 qolun vurulduğu matç bərabərliklə başa çatıb – 2:2.

 

Nəriman oyunda iştirak etməyib. O, heyətə daxil edilməyib.

 

"İnter Mayami"də isə Messi ikinci hissədə meydana çıxıb.

 

"Kolumbus Kryu" turnir cəvdəlində 20 xalla 11-cidir.