Portuqaliya Superkubokunun qalibi məlum olub. Sport24.az xəbər verir ki, titul üçün "Portu" və "Torrense" qarşılaşıb.

 

Görüşün taleyini bir qol həll edib. "Portu"nun futbolçusu Viktor Frohold komandasına qələbə qazandıran qola imza atıb – 1:0.

 

"Portu" tarixində 25-ci dəfə Superkuboku qazanıb.