"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarəyə götürüb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən "Beroe"nin şərəfini qoruyub. O, buna qədər Braziliyanın "Fortaleza", "Quarani" və "Sao Kaetano" komandalarının da formasını geyinib.