Moskvanın ÇSKA klubu Yunanıstanın "Olimpiakos" və İran millisinin hücumçusu Mehdi Tareminin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

 

34 yaşlı Taremi həmçinin Fransa təmsilçisi "Lill"in transfer siyahısındadır və Fransa klubu bu rəqabətdə daha şanslı görünür.

 

Qeyd edək ki, Taremi ötən mövsüm "Olimpiakos"da 39 oyun keçirib, 16 qol vurub və altı məhsuldar ötürmə edib. Hücumçunun İran millisində 107 oyunu və 58 qolu var. "Transfermarkt" portalı Taremini 2 milyon avro dəyərində qiymətləndirir.