Portuqaliya millisinin və "Əl-Nəsr" hücumçusu Kriştiano Ronaldo karyerasını bitirdikdən sonra planlarını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Vogue" jurnalına açıqlama verib:

 

"Gələcəyim planlaşdırılıb. Məni məşğul edəcək o qədər çox şey var ki, yalnız birinin adını çəkmək çətindir. Futbol böyük bir boşluq yarada bilər və onu yalnız bir yox, fərqli yollarla doldurmaq lazımdır. Və mən daha çox əylənəcəm, səyahət edəcəm, padel izləyəcəyəm və oynayacağam ki, bu da həqiqətən xoşuma gəlir. Həyat yoldaşımla birgə qazandıqlarımdan zövq almağa davam edəcəm. Axı, həyatımın25 ilini qurban vermişəm". 

 

Qeyd edək ki, 41 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. Ulduz futbolçu DÇ-2026-da meydana çıxdığı 5 matçda 3 qol vurub. Ronaldo karyerası ərzində beş dəfə "Qızıl top" mükafatını qazanıb.