Dortmunt "Borussiya"sı PAOK-un futbolçusu Giannis Konstanteliasın transferi ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə Farbrisio Romano məlumat yayıb.
Alman klubu 23 yaşlı yarımmüdafiəçi üçün ilkin olaraq 26 milyon avro ödəyəcək. Əlavələrlə birlikdə transferin ümumi məbləği 32 milyon avroya çatacaq.
Konstantelias bazar günü Dortmundda olub və tibbi müayinənin ilk mərhələsindən keçib. Klublar və futbolçu arasında sənədlərin imzalanmasından sonra transferin rəsmi açıqlanması gözlənilir.
Qeyd edək ki, PAOK gələcək satışdan 15 faiz pay əldə edəcək.