"Nyukasl" "Vilyarreal"ın hücumçusu Jorj Mikautadzenin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, İspaniya klubu 25 yaşlı gürcüstanlı futbolçunu klubda saxlamaq üçün transfer məbləğini 60 milyon avrodan 75 milyon avroya qədər artırmaq niyyətindədir. "Nyukasl" isə hazırda 55 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, hücumçunun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. O, 2025-ci ilin yayında "Lion"dan "Vilyarreala" keçib. Mikautadze 2025/26 mövsümündə meydana çıxdığı 43 matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.