Madrid "Atletiko"su, Dortmund "Borussiya"sının keçmiş yarımmüdafiəçisi Aksel Vitsel karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb.

 

"Jirona" ilə müqaviləsi başa çatan 37 yaşlı belçikalı ötən mövsüm Liqa 1-də 16-cı yeri tutan "Nitsa" ilə prinsipial razılığa gəlib.

 

Qeyd edək ki, Vitsel keçən mövsüm İspaniya liqasında 32 matçda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi DÇ_2026-da Belçika millisinin heyətində iki oyunda meydana çıxıb.