Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında ilk tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son qarşılaşması paytaxtda baş tutacaq.

 

Həftəiçi Konfrans Liqasının pley-offunda oynayacaq "Qarabağ" "Şamaxı"nı qonaq edir. Bu görüşü ağdamlılar üçün "Tvente" ilə oyun ərəfəsində "böyük məşq" kimi də dəyərləndirmək olar. "Şamaxı" mövsümlərarası fasilədə demək olar ki, büsbütün dəyişib. Baş məşqçi postuna Azər Bağırovu dəvət edən "şirlər" heyətə də xeyli sayda yeni futbolçular cəlb edib ki, bu üzdən yenilənmiş "Şamaxı"nın nəyə qadir olduğunu məhz Ağdam təmsilçisi ilə görüşdə görə biləcəyik.

 

Qeyd edək ki, növbəti turun oyunlarına avqustun 22-də start veriləcək.

 

Misli Premyer Liqası

I dövrə,  I tur

19:30. "Qarabağ" - "Şamaxı"

 

Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov 
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov 
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.