"Yuventus" "Tottenhem"in qapıçısı Qulyelmo Vikarionu icarəyə götürməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, İtaliya klubu 29 yaşlı futbolçu ilə şəxsi şərtləri razılıaşdırıb. müqaviləsinin şəxsi şərtləri artıq razılaşdırılıb. Hazırda "Yuventus" ingilis klubu ilə danışıqları davam etdirir.

 

Qeyd edək ki, Vikario 2023-cü ilin yayından "Tottenhem"in formasını geyinir. Onun London klubu ilə anlaşması 2028-ci ilin iyun ayına qədərdir. Qapıçı 2025/26 mövsümündə 43 matçda 65 qol buraxıb.

"Transfermarkt" portalı onun transfer dəyərini 18 milyon avro qiymətləndirir.