Düşərgədə mədə-bağırsaq infeksiyasının yayılması səbəbindən Portuqaliya çempionatının ikinci turu çərçivəsində keçirilməli olan "Braqa" - "Jil Visente" matçı təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə "Braqa"nın mətbuat xidməti məlumat yayıb.
Klubun açıqlamasına görə, vəziyyət son 48 saat ərzində xeyli pisləşib. Yoluxmuş oyunçular 48-72 saat ərzində oyunlarda iştirak edə bilməyəcəklər. Bundan əlavə, yoluxmuş şəxslərlə təmasda olduqları üçün yaxın günlərdə digər oyunçular arasında əlavə yoluxma hallarının yayılması ehtimal olunur.
Qeyd edək ki, hazırda "Braqa"nın düşərgəsində yalnız üç qapıçı və yeddi meydan oyunçusu sağlam vəziyyətdədir.