Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev sabiq klubuna qayıda bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

"Sumqayıt" 32 yaşlı qolkiperin xidmətində maraqlıdır. "Kimyaçılar" təcrübəli əlcək sahibini heyətinə qatmaq üçün artıq rəsmi təklif də göndərib.

Məhəmmədəliyev isə yekun qərarını verməyib. Milli komandanın qapıçısı "Sumqayıt"ın təklifini nəzərdən keçirmək və gələcəyi ilə bağlı qərar vermək üçün vaxt istəyib.

Tərəflər arasında danışıqların nəticəsindən asılı olaraq, Şahrudinin illər sonra "Sumqayıt" formasına qayıtması mümkün görünür.

Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev 2014-2016-cı illərdə "Sumqayıt"ın formasını geyinib. "Kimyaçılar" mövsümlərarası fasilədə anlaşdığı braziliyalı qolkiper Jeymes Almeyda isə toplanış dönəmində aldığı ağır zədə səbəbindən "Sumqayıt"dan ayrılıb.