"Kəpəz" klubunda problemlər bitmək bilmir. Sport24.az Gəncə təmsilçisindən daha bir özəl məlumat əldə edib.
Məlumata görə, komandanın Misli Premyer Liqasının I turunda "Sabah"la səfər oyununa getdiyi avtobus futbolçular arasında narazılığa səbəb olub. İddiaya əsasən, Gəncə təmsilçisinin üzvləri paytaxta gedərkən yolda təxminən 7 saat vaxt itiriblər.
Bu vəziyyət xüsusilə komandaya yeni qoşulan legionerlərin narazılığına səbəb olub. Hətta bəzi əcnəbi futbolçuların sözügedən avtobusla yenidən səfərə çıxmaq istəmədikləri bildirilir.
Beləliklə, "Kəpəz"də mövsümün ilk turundan sonra nəticə ilə yanaşı, təşkilati məsələlərlə bağlı da narazılıq yaranıb.
Qeyd edək ki, "Kəpəz" "Sabah"a 0:2 hesabı ilə uduzub.