"Sumqayıt" Misli Premyer Liqasının 2026/27 mövsümünə ev məğlubiyyəti ilə start verib. "Gənclik şəhəri" təmsilçisi öz meydanında "Neftçi"yə 1:3 hesabı ilə uduzub. Sport24.az PFL rəsmi saytına istinadən xəbər verir ki, bu, klub tarixinə Premyer Liqada 100-cü ev məğlubiyyəti kimi düşüb.

 

"Sumqayıt" öz meydanında keçirdiyi 235 matçda 79 qələbə qazanıb, 56 heç-heçə edib və 100 dəfə xalsız qalıb. Ölkə çempionatları tarixində yüksək liqada ən çox ev məğlubiyyəti alan komanda olan "Sumqayıt" bu göstəricidə "100"ə çatan ilk klubdur.

 

Qeyd edək ki, "Sumqayıt"ın ilk ev məğlubiyyəti 2011-ci il avqustun 8-də "Qəbələ" ilə matça təsadüf edib – 1:2.