"Komo" "Fiorentina"nın hücumçusu Moyze Kinə təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial medai hesabında paylaşım edib.
Hücumçunun "bənövşəyilər" ilə hazırkı müqaviləsi 2030-cu ilə qədərdir.
Kin ötən mövsüm 33 oyunda meydana çıxıb, 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Komo" ötən mövsüm A Seriyasında dördüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.