UEFA Millətlər Liqasında IV tura start verilib. Sport24az xəbər verir ki, turnir çərçivəsində müxtəlif liqalar üzrə IV turun ilk matçları keçirilib.

D Liqasında mübarizə aparan milli komandamız 8KM qəsəbə stadionunda Litvanı Abdullax Xaybulayevin yeganə qolu ilə 1:0 hesabı ilə məğlub edərək vacib 3 xal qazanıb. Liqanın digər matçında Malta öz evində Andorranı eyni hesabla üstələyib (1:0).

 

A Liqasında Portuqaliya öz evində Norveçə, Niderland isə Serbiyaya 2:1 hesabı ilə qalib gəlib. Danimarka səfərdə Uelsi 1:0 hesabı ilə məğlub edib, Yunanıstan – Almaniya görüşündə isə qapılara qol vurulmayıb (0:0).

 

B Liqasında keçirilən hər iki qarşılaşmada – Kosovo – Avstriya və İrlandiya – İsrail oyunlarında 1:1 hesablı bərabərlik qeydə alınıb.

 

Qeydə alınan nəticələr:

 

UEFA Millətlər Liqası

IV tur

A Liqası

Yunanıstan – Almaniya 0:0

Niderland – Serbiya 2:1

Qollar: Tön Kopmeyners, 31, Coşua Zirkzee, 72 – Mixaylo Tsvetkoviç, 35

Portuqaliya – Norveç 2:1

Qollar: Joao Kanselo, 38, Qonsalo Ramos, 79 – Kristoffer Ayer, 36

Uels – Danimarka 0:1

Qol: Rasmus Hoylund, 75 (pen.)

B Liqası

Kosovo – Avstriya 1:1

Qollar: Fisnik Asllani, 70 – Kristof Lanq, 85

İrlandiya – İsrail 1:1

Qollar: Troy Parrott, 39 (pen.) – Dor Peretz, 47

D Liqası

Malta – Andorra 1:0

Qol: Teddi Teuma, 49

Azərbaycan – Litva 1:0

Qol: Abdullax Xaybulayev, 25