"Qarabağ"dan "Seltik"ə transfer olan Kamilo Duran Kolumbiya yığma komandasında debüt edib. Sport24.az xəbər verir ki, vinger Paraqvaya qarşı keçirilmiş yoxlama matçında 88-ci dəqiqədə Con Ariasın əvəzinə meydana buraxılıb.

 

Qarşılaşma Paraqvay yığmasının 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, "Seltik"ə yeni transfer olan Duran Şotlandiya klubunda 12 görüşdə 6 qol vurub və 3 məhsuldar ötürmə edib.