Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxır. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Litva yığması ilə qarşılaşır.
Tərəflər arasında sentyabrın 27-də Litvada keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib, millinin heyətində isə 14-cü dəqiqədə Mahir Emreli fərqlənib.
Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək qarşılaşmanın start 17:00-da səslənəcək.
Millətlər Liqası
D Liqası, 2-ci qrup
III tur
17:00. Azərbaycan - Litva
Hakimlər: Qustavo Korreya, Andre Filipe Noqeyra Dias, Andreya Souza, Migel Andre Monteyro Fonseka (hamısı Portuqaliya)
VAR: Bruno Esteves
AVAR: Ana Klaudiya Silva Ribeyro
Azərbaycan:Emil Balayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Abdulla Xaybullayev, Aleksey İsayev, Rüfət Abbasov, Toral Bayramov, Mahir Emreli, Oruc Məmmədov
Ehtiyat oyunçular skamyası: Aydın Bayramov, Rəvan Mirzəmmədov, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Anatoli Nuriyev, Emil Səfərov, Elvin Bədəlov, Ceyhun Nuriyev, Vüsal İsgəndərli, Rüfət Abdullazadə, Musa Qurbanlı
Litva: Şvedkauskas, Lekiatas, Utkus, Armalas, Liçkunas, Vorobyovas, Gineitis, Lasiçkas, Slivka, Kuçiş, Doljnikov
Ehtiyat oyunçular skamyası: Paukşte, Bartkus,Tutişkinas, Steponaviçius, Kazukolovas, Şluta, Ruzqis, Yankauskas, Mixelbrink, Maljinskas, Vençkus, Burba