Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, Rui Jorjenin baş məşqçisi olduğu komanda Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

 

Qəbələ şəhər stadionundakı qarşılaşmada millimiz 0:1 hesablı məğlubiyyətlə üzləşib.

 

Qeyd edık ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 6-da Yaponiya ilə qarşılaşacaq.