UEFA Millətlər Liqasında bu gün Bakıda Litva ilə üz-üzə gələcək Azərbaycan millisinin "23-lüy"ü müəyyənləşib. Sport24.az-ın məlumatına görə, baş məşqçi Ayxan Abbasov yığmanın heyətinə dəvət etdiyi 30 futbolçudan 7-ni matçın iştirak ərizəsinə daxil etməyib.

"Neftçi"dən Murad Xaçayev, "Petrolul"dan (Rumıniya) Cəlal Hüseynov, "Araz-Naxçıvan"dan Mustafa Əhmədzadə, "Şamaxı"dan Edqar Ədilxanov, "Şəfa"dan Fərid Yusifli, "Zirə"dən Ayxan Hüseynov, "Turan Tovuz"dan Rəhim Sadıxovun meydana çıxmayacağı dəqiqdir.

Qeyd edək ki, Azərbaycan - Litva oyunu saat 17:00-da start götürəcək.